×

Profetech Studio

Komandamız bundan öncə uzun illər ərzində aparıcı mütəxəssislər kimi böyük təcrübə toplamış və 2021 ci ildən sənaye soyutması, peşəkar mətbəx, ictimai iaşə və ticarət avadanlıqları üzrə “PROFETECH MMC” şirkətlərini yaradaraq layihələndirmə, satış, quraşdırılma və servis xidməti fəaliyyətinə başlamışdır.

Hazırda məşğul olduğumuz sahələr aşağıdakılardır:

– İri həcmli sənaye soyuducu kameralar

– Meyvə-tərvəz məhsullarının uzun müddətli saxlanılması üçün Atmosfer nəzarətli soyuducu kameralar.

– Ticari məqsədli soyuducu kameralar.

– Müxtəlif qida məhsullarının şoklama kameraları.

– Supermarket Restoran, bar və kafelər üçün tələb olunan avadanlıqlar.

– Peşəkar mətbəx avadanlıqları.

Bütün bu sahələrdə tələb olunan hesablanmalar, layihələndirilmə, quraşdırılma və işə salınaraq açar təslimini həyata keçiririk.

Həmçinin biz Azərbaycan bazarında bir sıra tanınmış şirkətlərin təmsilçisidir. Bu sırada eksklüziv olaraq Çexiyanın RETİGO , Rusiyanın VESTA, Ukraynanın MODERN EXPO, Rusiyanın LEVİN, Almaniyanın WANZL, İtaliyanın Scotsman, Unox, Fimar, Fransanın ROBOT COUPE, Amerikanın HAMİLTON BEACH, Türkiyənin ALTUNTOP, Empero, Turhan Çelik, Astema, Frenox və Rusiyanın EQUİP Group, Apach Lab, Hurakan, İspaniyanın My Chef şirkətlər birliyi və s bizim partnyor şirkətlər siyahisinə daxildir.

Bununla biz

– Peşəkar istismar üçün mətbəx avadanlığının tam çeşidi; isti aşpaz xətlərindən paylama xəttlərinə kimi

– Mağazalar çeşidi – supermarket, qastranom, şirniyyat mağazaları, müxtəlif profilli ictimai qidalanma yerləri kafe, restoran, Fast food, tərəvəz, balıq və ət məhsullarının saxlanılması və yenidən işlənməsi üzrə müəssisələr, eləcə də yeyinti sənaye müəssisələri üçün soyuducu-dondurucu avadanlıqların çeşidləri üzrə geniş diapozonu. (installyasiya üzrə parametrlərinin limitsizliyi ilə)

– Təqdim olunan malın (çörək-bulka məmulatları, şərab və digər spirtli içki məhsulları) rahat böluşdürülməsi və saxlanılması üçün köməkçi avadanlıqlar kimi müxtəlif profilli stellajlar və rəflər

– Və bunlarla yanaşı tələb olunan bütün peşəkar avadanlıq və ləvazimat çeşidləri ilə təmin etməyə hazırıq.

Peşəkar mətbəxin quraşdırılması, vitrinlərin düzəldilməsi, iri həcmli qabyuyan makinalardan ən kiçik aşpaz qaşığınadək Sizi təmin edə biləcək bir şirkət olaraq Sizlərə keyfiyyətli xidmət göstərməkdən qürur duyarıq.

Məhsul kataloqu ilə tanış olun

Profetech pdf